Get Mystery Box with random crypto!

Haqqın Yolu

Logo del canale telegramma haqqinyolu_resmi - Haqqın Yolu H
Logo del canale telegramma haqqinyolu_resmi - Haqqın Yolu
Indirizzo del canale: @haqqinyolu_resmi
Categorie: Uncategorized
Lingua: Italiano
Abbonati: 288
Descrizione dal canale


«De: "Yalnız Allahın haqq yolu doğru yoldur!"» - {əl-Bəqərə 120}
📥 Qardaş kanal | @tevhiddiyari_resmi

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

1


Gli ultimi messaggi

2023-05-19 08:04:28
اللَّهُمَّ صَلِّ وَسَلِّم عَلَى نَبِيِّنَا مُحَمّد

Cümə günü salavat deməyi çoxaldın.
61 views05:04
Aprire / Come
2023-05-15 22:51:36
Rəbbim canımızı bu kəlmə üzərə alsın Allahummə Əmin.
114 views19:51
Aprire / Come
2023-05-14 19:00:44
FIRATIN SUYUNUN QURUMASI

Əb
u Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:

«Firat suları quruyub qızıldan bir dağ ortaya çıxarmadıqca qiyamət qopmayacaqdır. O, qızılı ələ keçirmək üçün insanlar bir-birləri ilə savaşacaqlar. Savaşa qatılan hər yüz nəfərdən doxsan doqquzu öldürüləcəkdir. Hər kəs də o, qurtulan kimsənin mən olduğunu ümüd edirəm deyəcəkdir. Kim o, vaxtı orada olarsa oradan bir şey götürməsin»

“Fəthul-Bəri, Buxari “Fitən” 13/78, “Nəvəvi Şərhi”, Müslim “Fitən” 18/18.

#qiyamət əlamətləri
130 views16:00
Aprire / Come
2023-05-11 20:55:07 Allah (Azzə və Cəllə)'nin iki Əl sifətinin Kitab və Sünnə ilə isbatı

Allah (Cəllə və Alə) İblisə belə buyurmuşdur: "Ey İblis! Sənə Mənim iki Əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi?" (Sad surəsi, 75 ayə).

Yenə O (Cəllə və Alə), "Allahın iki Əli bağlıdır" dedikləri zaman yəhudilərin sözünü yalanlayaraq "Əksinə, Onun hər iki Əli açıqdır və O, (Öz lütfündən) istədiyi kimi sərf edir." (Maidə surəsi, 64 ayə).

Yenə O Qiyamət günü yerüzünün tamamının Öz Ovucunda olacağını, göylərində sağ Əlində büküləcəyini (Zumər, 67), Allahın Əlinin onların əllərinin üzərində (Fəth, 10) olduğunu bildirmiş, "Əlində hər şeyin hökmü Olan (Allah) pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız" (Yasin, 83) buyurmuşdur.

O belə buyurmuşdur: "İstədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən Sən, hər şeyə qadirsən." (Ali İmran surəsi, 26 ayə).

Sünnədən isbatı;

Allah (Subhənəhu və Təalə) Nəbisinin Özünün ona endirdiyi vəhyinə müvafiq olmayan bir şey deməkdən, uzaq etmişdir. Dərəcəsinin bundan yuxarıda, qədrinində bundan üstdə olduğunu bizə bildirmişdir.

Ömər, Peyğəmbərin belə dediyini rəvayət edir: "Adəm və Musa qarşılaşdı. Musa: "Sən Allahın Əli ilə yaratdığı, mələkləri sənə səcdə etdirdiyi və sənə Ruhundan üflədiyi kimsəsən; sənə bir əmr verdi, lakin sən Ona üsyan etdin və bizi Cənnətdən çıxartdın." dedi. Adəm isə ona: "Allah sənə Tövratı verdi, onun içərisində mən onu işləmədən öncə hakkımda günahın yazılmış olduğunu gördünmü?" deyə sual verdi. O da: "Bəli." deyə cavab verdi. Beləcə Adəm Musaya üstün gəldi. Adəm Musaya üstün gəldi. Salam onların üzərinə olsun." (İbn Xuzeymə, Kitabut Tövhid, 1/119; Əbu Davud, 4702).

Əbu Hureyrə (radıyallahu anh), Allah Rəsulunun belə dediyini nəql edir: "Adəm və Musa mübahisə etdilər. Musa: "Ey Adəm, sən bizim atamızsan, bizi zərərə uğratdın və Cənnətdən çıxartdın" dedi. Adəm: "Ey Musa, Allah səni Kəlamı ilə seçdi və sənin üçün Tövratı Əli ilə yazdı; indi məni Allahın hakkımda məni yaratmadan qırx il öncə təqdir etdiyi bir şeydən ötrümü məni qınıyırsan?" dedi. Beləcə Adəm Musaya üstün gəldi. Adəm Musaya üstün gəldi. Salam onların üzərinə olsun." (Əbu Davud, 4701).

Əbu Musa (radıyallahu anhum) rəvayət edir ki, Peyğəmbər belə buyurdu: "Şübhəsiz ki Allah, gündüz günah işləyən qullarının tövbəsini qəbul etmək üçün gecə Əlini açar. Gecə günah işləyən qullarının tövbəsini qəbul etmək üçün gündüz Əlini açar. Bu günəş batdığı yerdən doğana qədər davam edər." (Müslim, 2759).
134 views17:55
Aprire / Come
2023-05-11 04:03:27 İbn Qeyyim (Rahiməhullah) buyurmuşdur:

Bəla, müsibət uzandığı zaman əsla, çoxlu dua etməkdən sıxılma. Çünki, sən müsibətlə imtahan olunmusan. Dua və səbirlə ibadət etməlisən. Müsibət uzansa da, Allahın mərhəmətindən ümidini üzmə.

("Saydul Xatir", 1/439)
125 views01:03
Aprire / Come
2023-05-09 16:09:46 Namazı Tərk Edənin Təkfirində Sələfin İcması

Mərhəmətli və Rəhmli Allahın adı ilə. Həmd Allaha məxsusdur. Salavat və salam Muhəmmədə və onun təmiz Əhli Beytinə və Əshabına olsun;

İlk öncə onu qeyd edək ki, namaz dinin dirəyi və Allahın yeganə səmada fərz qıldığı əməl namazdır. Günümüzdə bəziləri namazın tərkinin ixtilaflı məsələ olduğunu deyirlər. Bunu deyən ya aşırı murciədir, yada bilərək bunu gizlədirlər. Namazın tərkinin küfr olduğu ilə bağlı dəlilləri sizə bildirdiyimiz zaman məsələnin nə qədər açıq-aydın olduğunu görəcəksiniz. Sələfin icmasını zikr etməmişdən öncə Allah (Subhənəhu və Təalə)'nin Kitabında bunun küfr və şirk olduğunu açıq-aşkar bildirmişdir;

"Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın!" (Rum surəsi, 31 ayə).

"Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik." (Müddəssir surəsi, 42-43 ayələr).

"Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır." (Tövbə surəsi, 11 ayə). Burda Rəbbimiz namazı və zəkatı şərt qoşmuşdur.

Sünnənin buna müvafiq olması və Sələfin icması;

Bureydə ibn Huseyb, Peyğəmbərin (sallallahu aleyhi və əlihi və səlləm) belə dediyini nəql edir: "Bizimlə onların arasında olan əhd namazdır. Kim onu tərk edərsə kafir olar." ¹

Cabir ibn Abdullahdan gələn rəvayətə görə, Peyğəmbər belə buyurmuşdur: "Şübhəsiz ki, adam ilə şirk və küfr arasında namazın tərki vardır." ²

Peyğəmbər Əbu Dərdaya tövsiyə verərkən belə demişdir: "Allaha bir şeyi şərik qoşma. Qəsdən namazı tərk etmə. Hər kim namazı qəsdən bilərək tərk edərsə (İslam) millətindən çıxar." ³

İbn Ömər (radıyallahu anhumə) belə dedi: "Peyğəmbər belə buyurdu: "Kim namaz qılmazsa onun dini yoxdur." ⁴

Əli (radıyallahu anh)'ın yanına bir adam gəlib dedi: "Ey möminlərin əmiri! Namaz qılmayan qadın haqqında nə deyirsən? O dedi: Kim namaz qılmırsa o kafirdir." ⁵

Ömər (radıyallahu anh) belə demişdir: "Namazı tərk edənin İslamdan payı yoxdur." ⁶

Abdullah ibn Amr (radıyallahu anhumə) belə demişdir: "Namazı tərk edənin dini yoxdur." ⁷

Abdullah ibn Abbas (radıyallahu anhumə) belə demişdir: "Namazı tərk edən kafir olmuşdur." ⁸

Mücahid ibn Cəbr (rahiməhullah) belə dedi: "Cabir ibn Abdullaha Rasulullah zamanında küfr ilə imanın arasını ayıran əməl nə idi? deyə soruşdum. O dedi: "Namaz." ⁹

Abdullah ibn Şəqiq, Əbu Hureyrədən belə rəvayət edir: "Biz namazdan başqa əməllərdən hər hansı bir şeyin tərkini küfr saymazdıq." ¹⁰

İshaq ibn Rahaveyh (rahiməhullah) belə demişdir: "Peyğəmbərdən səhih gələn xəbərə görə namazı tərk edən kafirdir. Habelə Peyğəmbərin zamanından günümüzə qədər elm əhlinin görüşü, namazı qəsdən və heç bir üzr olmadan vaxtı çıxana qədər tərk edənin kafir olmasıdır." ¹¹

Həsən əl-Bəsri (rahiməhullah) belə demişdir: "Mənə çatan xəbərə görə Peyğəmbərin əshabı belə deyərdilər: "Qul ilə onun şirk edib kafir olması heç bir üzr olmadan namazı buraxması durur." ¹²

1) Əhməd, 22987; Tirmizi, 2621; Nəsai, 463; İbn Macə, 1079). Albani hədisin səhih olduğunu bildirmişdir.

2) Müslim, 82.

3) Ət-Tərğib vət-Tərhib, 1/379.

4) Mərvəzi, İman 47; Əhməd, 134; Təbərani, Mucəmus Sağir, 60. Həsən sənədlə rəvayət etmişdir.

5) İbn Nəsr, Kitabus Salət 933; Əcurri, Şəriət kitabında 135 rəvayət
etmişdir.

6) Muvatta Malik, 1/39.

7) Buxari, Tarixul Kəbir, 7/95.

8) İbn Nəsr, Kitabus Salət, 939.

9) Hibətullah ət-Təbəri, Usulus Sünnə, 1538.

10) Tirmizi, 2622; Hakim, 1/7 və s.

11) İbn Teymiyyə, Məcmuul Fətava, 7/309.

12) İbn Batta, 2/673; əl-Lələkai, 4/910
.
143 views13:09
Aprire / Come
2023-05-08 19:54:56
134 views16:54
Aprire / Come
2023-05-06 06:34:43

159 views03:34
Aprire / Come
2023-05-05 18:47:19 Allah (Azzə və Cəllə)'nin Eşitmə və Görmə sifətinin Kitab və Sünnə ilə isbatı

Allah özünü vəsf etdiyi üzərə Eşidən və Görəndir. Kimin ibadət etdiyi eşitmir və görmürsə o Eşidən və Görən Allaha kafir olmuşdur. Eşidən və Görən Yaradıcıdan başqasına ibadət etdikləri üçün.

Allah Təalə belə buyurmuşdur: “Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah eşitdi.” (Ali-İmran surəsi, 181 ayə).

Yenə O (Azzə və Cəllə) mücadilə qissəsində belə buyurmuşdur: “Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi.” (Mücadilə surəsi, 1 ayə).

Yenə O (Azzə və Cəllə) belə buyurmuşdur: “Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik?” (Zuxruf surəsi, 80 ayə).

Yenə O (Azzə və Cəllə) kəlimi Musaya və anasının oğlu olan qardaşı Haruna, onlar Fironun özlərinə qarşı həddi aşmasından və azğınlaşmasından qorxduqları zaman onlara əminlik vermək üçün “Şübhəsiz Mən sizinləyəm, eşidirəm və görürəm.” (Taha surəsi, 46 ayə) buyurmuşdur.

Allah (Subhənəhu və Təalə) bir çox ayədə Özünün Əs-Səmi (Eşidən) və Əl-Basir (Görən) olduğunu bildirmişdir. Yaradıcının Dinləməsi/Eşitməsi və Görməsi məxluqun dinləməsi/eşitməsi və görməsinə bənzəməz. Allah Musa (aleyhissələm)'ə özünə vəhy olunanı dinləməsini əmr etmiş, “Elə isə, vəhy olunanı dinlə!” (Taha surəsi, 13 ayə) buyurmuşdur. İki dinləmənin ləfzi birdir. Mənaları isə fərqlidir. Çünki Yaradıcının Dinləməsi yaradılmışların dinləməsindən ayrıdır. Rəbbimiz yaratdıqlarından birinə bənzəməkdən münəzzəhdir, çox ucadır. Yaratdıqlarından birinin feilinin Özünün Feilinə bənzəməsindən münəzzəhdir.

Sünnədən isbatı;

Əbu Musa əl-Əşari belə rəvayət edir: “Peyğəmbər (sallallahu aleyhi və əlihi və səlləm) ilə birlikdə bir savaşda idim. Mədinəyə yaxınlaşdığımız zaman insanlar səslərini yüksəldərək təkbir gətirməyə başladılar. Bunun üzərinə Rəsulullah (sallallahu aleyhi və əlihi və səlləm): “Sizin Rəbbiniz kar və ya uzaqda deyil.” buyurdu.

Həmin hədisdə ravi hədisi səhabədən rəvayət edərək, belə zikr edir: “Ey insanlar! Siz bir kar yada uzaqda olan birisinə səslənmirsiniz. Siz Eşidən və Yaxın olan birinə səslənirsiniz.”

(Buxari, 4205; Müslim, 2704; İbn Xuzeymə Kitabut Tövhid, 1/113).
158 views15:47
Aprire / Come
2023-05-05 06:20:45 "Salavatı çoxaldın"


Allahummə, salli və səllim alə nəbiyyinə Muhəmməd.
◇───────◇───────◇


≼𝑪𝑰𝑯𝑨𝑫 𝑺𝑬𝑽𝑫𝑨𝑺𝑰➪


@Cihad_Ssevdasi
147 viewsedited  03:20
Aprire / Come